Şiir: Ruhun kelimelere yansıyan çığlığı iken, aynı zamanda da özgürlüğüdür. İşte can Azerbaycan’da yaptıkları işlerle ülkesinde zirvede bulunan vicdanı hür, irfanı hür, beş yiğit ses, beş yiğit nefes tarafından izahı... İyi ki varsınız canlar, iyi ki kardeşlerimizsiniz. Bugün bu sayfada yüreklerimiz, kalemlerimizle, yarın aynı bayrak altında bedenlerimizle olacağız. "Ne mutlu Türküm diyene"
GÖRƏDİR.
Bar verən ağaca verilən qiymət,
Onun yetirdiyi bara görədir.
Zəhmətkeş bağbana edilən hörmət,
Becərdiyi çəmənzara görədir!
İnsanın kökündən gəlir ləyaqət,
Genindən, qanından boy atır qeyrət,
Saflıq, mənəviyyat, dəyanət, ismət,
Abıra, həyaya, ara görədir!
Oxumaq, öyrənmək sevir zəhməti,
Əməllə qazanar insan şöhrəti,
Aqil müdrikliyi, alim qüdrəti,
Çıxardığı düz qərara görədir!
Olsa da bir kəsin çox var- dövləti,
Ola bilsin yoxdur heç ləyaqəti,
İnsanın şərəfli halal sərvəti,
Zəhmətdən boy tutan vara görədir!
Nazim, gəl qoru sən dost tək neməti,
Odur həyatında qazancın qəti,
Dostun dosta olan inam, rəğbəti,
Qazandığı etibara görədir
Prof. Dr. Nazım VELİYEV (Azerbaycan)
QUBA DAŞLARI
(Qubadakı Soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş abidə-kompleksdə düşüncələr)
Hər daşda bir haray,
hər daşda bir səs,
Hər səsin altında bir tarix yatır.
Hər daş bir vətəndi,−
Vətən müqəddəs,
Müqəddəs yerdəsən,Vətən övladı!
Bu daşlar bu yurda daş kitabədir,
Min ildi yozulan baş kitabədir!
Qılınclar toqquşub bu daşlar üstə,
Şimşəklər çaxnaşıb bu daşlar üstə,
İnaddı,-silkinib yad daşlarından,
Qanaddı,-islanıb göz yaşlarından,
Bu daşlar Şellidə döyüşüb gəlib,
Bu daşlar Şuşada töyşüyüb gəlib,
Zaman bu daşları sıxıb ovcuna,
Quba bu daşları yığıb ovcuna...
Hər daş bir anadı, ağlayır burda,
Hər daş bir ürəyi dağlayır burda,
Bu daşlar hər biri bir dərddən gəlib,
Bu daşlar Təbrizdən, Dərbənddən gəlib,-
Vətəni Vətənə bağlayır burda!..
Ağlayıb Ağrını, ötüb Qoşqarı,
Varıb Şah düzündən İncəyə kimi.
Döyüşüb Xan kimi Quba daşları,-
Böyüyüb Calğandan Gəncəyə kimi!..
Qopuzda kükrəyib, udda əridi,
Bir ovuc torpağın dastanı burda.
Bu daşlar bu yurdun qisas yeridir,-
Ruh ruhu çağırır, qan qanı burda!..
Hər daş sükutunda bir nərə bəslər,
Bu daşlar ərlərin zəfər andıdır-
Daşlaşan nəfəslər, daşlaşan səslər,
Qaraca Çobanın daş sapandıdır!
Daş-daş çalxalanır bu mənzərələr,
Hər daşda ürək var,
hər daş can var.
Qalacaq daş altda “Qanlı dərələr”,-
Harda ki, Quba var, Azərbaycan var!
Bu daşlar özüylə heyrət daşıdı,
Sənin ocağına, oduna, Vətən!
Bu daşlar daş deyil, qan yaddaşıdı,-
Yazılıb müqəddəs adına, Vətən!..
Ramiz QUSARÇAYLI
...
Bir qayada gül daşıdı daş gülü,
Bir talada meh qurudur yaş gülü,
Kim qoyacaq baş daşıma beş gülü,-
Daş birinin, gül birinin əlində...
Ramiz QUSARÇAYLI (Azerbaycan)
BENİM HAYATIM
Nəmli küçələri tənha,adamsız,
Olmayan evim tək başı tavansız.
Köhnə hasarları çölə davamsız,
Qismətə inaddır,mənim həyatım..
Canına birtəhər ömrünü geyən,
Kədərin yumruğu başına dəyən.
Ayağı yorğana uya bilməyən,
Yorğanı buluddur,mənim həyatım.
Bir şans oyununda gəlməz sırası,
Boyayar ruhunu gözün qarası.
Yeyər acıları cörək arası,
Turşməzə bir daddır,mənim həyatım.
Çoxdur qismətinin ssenaristləri,
Ruhuna yox uyğun baş rolda biri.
Oskarlıq bir ömrün hüzün əsəri,
Bir filmlik həyatdır,mənim həyatım.
Ölmüş arzuları üzdə yuyulan,
Taleyi bir soyuq daşa oyulan.
Dodaqdan gülüşü zorla soyulan,
Talanan ümiddir,mənim həyatım.
Aysel Xanlarqizi SAFARLİ (Azerbaycan)
SUSAN DÜNYA UTANSIN
Baharları öldürün, gerek yok ki yazına
Haykırmayan ozanın ateş düşsün sazına
Tamah etmem hayatın fazlasına azına
Zaten utanmaz hayat sen ruhunu satansın
Çocuklar ağlar iken susan dünya utansın
Elif, Eylül, Ecrin'ler yaşamadan gittiler
Gittikleri yerlerde gonca olup bittiler
Kopardılar onları uçurumdan ittiler
AY doğmaya utandı, sen öylece yatansın
Çocuklar ağlar iken susan dünya utansın
Giden yavru melekler gülüşüyle kaldılar
Mıh gibi uykumuzu, bölüşüyle kaldılar
Unutuldu erkenden ölüşüyle kaldılar
Sen gönlüme zehrini damla damla katansın
Çocuklar ağlarken iken susan dünya utansın
Biraz daha beklersen oklar sana dönecek
İşte o gün senin de umutların sönecek
Toprağa düşen fide, toprağıyla gönecek
Güneş erken batarsa, bil ki çanak tutansın
Çocuklar ağlar iken susan dünya utansın
Doğmasaydı Günay'ın, doğmasaydı bu çağda
Yanmayacaktı belki böyle erimiş yağda
Unutmuşlar mı dersin onu örülmüş ağda
Çırpındıkça batıyor sen keyfini çatansın
Çocuklar ağlar iken susan dünya utansın
Cahit GÜNAY
HƏSRƏT
Baxıram yollara gülüm həsrətlə,
Sən gedən yollara baxmaq çox ağır,
Qayıt yaşamayım, mən bu möhnətlə
Həsrətə dil vermə,hicran çox ağlr.
Sənsiz ömrümüzə düşən düyünüm,
Açılmaz yığılsa,lap elim-günüm,
Getmərəm desən də,getdin ay gülüm,
Həsrətə dil vermə,hicran çox ağır.
Qayıt gəl, hicrana vermə sən rəvac,
Sənsiz ömür keçir,sevgiyə möhtac,
Qüssədən,kədərdən ağarıbdlr saç,
Həsrətə dil vermə,hicran cox ağır.
Bir ülvi sevgidən bezəcək olsan,
Ağlayan duyğumu sezəcək olsan,
Yalvarıb, kənarda gəzəcək olsan,
Həsrətə dil vermə,hicran çox ağır.
Dr. Refiqe ABBASOVA (Qasımqızı)
Azerbaycan
BİLMİRƏM
Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü gəl al, bilmirəm.
Ayrılıq deməyə gəlmədi üzüm,
Verdiyin vədəndə qışladı sözüm,
Həsrəti eyləyib dağ, dərə, düzüm,
Çəkdin sinəm üstə min yol, bilmirəm.
Könlümün evinə bir yol uçduğun,
Gözümdən gizlənib nədən qaçdığın,
Hər məni görəndə geniş açdığın,
Kimlərə açılır o qol, bilmirəm.
Deməyin sərxoşam, xumar çəkibdi,
Mənə nə dağ çəkib o yar çəkibdi,
De kimin saçına tumar çəkibdi,
Əlimdə buzlayan o əl, bilmirəm..
Necibe ILKİN (Azerbaycan)