Bugun...


Cahit GÜNAY

facebook-paylas
GÖNÜL DÜNYAMIZA DOKUNANLAR (AZERBEYCAN’DA ŞİİRE HAYAT VERENLER)
Tarih: 17-09-2019 23:33:00 Güncelleme: 17-09-2019 23:33:00


GÖNÜL DÜNYAMIZA DOKUNANLAR

(AZERBEYCAN’DA ŞİİRE HAYAT VERENLER)

"Bırak beni haykırayım, susarsam sen matem et;

Unutma ki şairleri haykırmayan bir millet,

Sevenleri toprak olmuş öksüz çocuk gibidir"

(Mehmet Emin Yurdakul)

Bu haftaki sayfamızın konukları, Azerbaycan’ın yiğit kalemleri ve kanaat önderleridir. Onlar yazdıkça, onlar konuştukça biz matem etmeyecek, biz öksüz kalmayacağız.

 

ILGAR TÜRKOĞLU:

1962' yılında Gedebek bölgesindeki Alnabat köyünde doğan Evli ve üç çocuk babası Ilgar Türkoğlu, Türkiye Yazarlar Birliği, Irak Türkmen Yazarlar Birliği ve İLESAM üyesidir. Başta Devlet Başkanı Özel Ödülü olmak üzere birçok ödüller aldı yazıları ve şiirleri farklı dillere çevrilerek okutuldu. Aynı zamanda Hukuk Merkezi'nin kurucusu ve yöneticisidir.  “Ülvi duyguların günahı olmaz” ve “Bu da bir sevda” adlı şiir kitaplarının yazarıdır.

 

VƏTƏNİN

Xocalıda qurulmuşdu”oyunu”

Bölündükcə bəyə-xana, vətənin.

Bir lalənin, bir fidanın toyunu

Boyadılar bayrağına vətənin.

 

Qulağımda səsləndikcə ağılar

Sıralanır gözlərimdə “axı”lar.

Başa keçib, sahib olur yağılar,

Həm balına, həm yağına vətənin!

 

Başım üstən çəkilmədi, getmədi,

“Min bir gecə” min ildi ki, bitmədi.

Farsa- rusa əyildikcə, yetmədi

Çiyinlərim dayağına vətənin.

 

Bazar açıb, top əvəzi at alar,

Düşmənini tanımayan atalar.

Xəyanətin ürəyindən atalar,

Daş dəyməsin ayağına vətənin!

 

O tay, bu tay, hələ yarı gedirəm,

Canımda can, gücüm varı, gedirəm.

Bir yol tutub Tura sarı gedirəm,

Ümid olub mayağına vətənin.

(Ilgar Türkoğlu)

 

AYAZ ARABACI:

Azerbaycan edebiyyatında modern sosyal-estetik düşüncenin şekillenmesinde rol oynayan bir şairdir.

Zengin potansiyeli, şiirsel bulguları, örnek gösterilebilecek kadar değerlidir. Şiirleri, çağımızın problemlerini anlatan ve yaşamımızı kötü yönden etkileyen durumlarının acısını ve ruhunu içerir. Güçlü kalemiyle son dönem Azerbaycan edebiyatında parlayan bir yıldız gibidir.

 Ayaz Arabacı, şiirlerinde halkın sorunlarını cesurca dile getirdiği için, Azerbaycan'da halkın konuşan dili olarak bilinir ve sevinir. Ayrıca şiirlerinde başlık kullanmayan şair “Şiirimde okuyucum kendini nasıl buluyorsa, başlığını da öyle oluştursun” diyecek kadar öz güveni yüksek ve okuyucusu ile de bütünleşmiş haldedir.

 

Hər qəmin,hər yasın içindən keçib,

Hər toyu-büsatı fikirləşirəm.

Oturub eləcə səhərə qədər,

Mən uzun-uzadı fikirləşirəm..

 

Kimim var yüyürüb qabağa çıxsın..

Dərdə yüyən vurub cəngini sıxsın..

Allah ürəyimin evini yıxsın..

Hər şeyi,hər zadı fikirləşirəm..

 

Gəl belə ötdürmə sən o çax-çaxı,

Gec ya tez hamının sınacaq şaxı.

Ehh,insan deyilən nədi ki,axı,

Bir ovuc əzadı...fikirləşirəm.

 

Çox gördüm qan qusan qızıl qəsrdə,

Ayrı gözəllik var kəmdə-kəsrdə,

Qoca bir şəhərdə kosmik əsrdə,

Qıratı,Bozatı fikirləşirəm..

 

Yanıldım tutdumsa hansı izləri,

Top kimi oynatdı həyat bizləri,

Oturub nə qədər talesizləri,

Nə qədər təzadı fikirləşirəm..

 

Dəyərlər başqaydı bəs axı,dünən..

Haqqın anasını ağladır dinən..

Bu xalqın uğrunda çırağa dönən,

Yüz ömrü,yüz adı fikirləşirəm..

 

Kimiydi könlümü başdan çıxardan..

Vəd verib gözümü yaşdan çıxardan.

Halal çörəyini daşdan çıxardan,

Fərhadı,Azadı fikirləşirəm..

 

Ağrıdı-acıdı,gəlir bəd deyil,

Rahatlıq..yox,məndə bu adət deyil,

Şairlik xoşbəxtlik,səadət deyil,

Nəsə bir qəzadı,fikirləşirəm..

 

O ümid deyilən son quruş durur..

Durur həm o yuva,həm o quş durur..

Sonunda hər şeydən qurtuluş durur..

Bu ömür cəzadı,fikirləşirəm..

(Ayaz Arabacı)

 

AYSEL FİKRET:

1976 yılında Bakü'de dünyaya geldi, Yazdığı beş kitabı ile yeni dönem Azerbaycan edebiyatçılarndan biri olarak gösterilen Aysel Fikret,

Ayrıca altmışa yakın kitap yazan, Türk dünyasının Azerbaycan'da doğan güneşi, üstad Fikret Sadiq'in kızıdır. Özel sanatlar üniversitesi senaryo bölümü mezunu ve öğretmeni olan Fikret'in bir çok gazete ile dergilerde hikâyeleri şiirleri yayınlandı

Hâlen Bakü'de Azerbaycan yazarlar birliği ve

Azerbaycan gazeteciler birliği üyesi olarak hayatını devam ettiriyor

 

TANRI TÜRKÜ QORUSUN

Tanrısına tapınıb, Tanrısından güc alıb,

Ox-yayıynan tanınıb, qılıncıyla ucalıb.

Yeri-göyü həth edib, ulduzlardan bac alıb,

Adını eşidəndə düşmən udub sarısın,

Türk özünü qorumur, Tanrı Türkü qorusun.

 

Uşaq kimi aldanan, Qorqud kimi ağıllı,

Dili sərt – hünər dili, bayatılı, nağıllı.

Yer üzünə ulduz tək, səpələnib, dağılıb,

Ana yurddu türklərə bu dünyanın yarısı,

Türk özünü qorumur, Tanrı Türkü qorusun.

 

Ildırım kimi çaxan, bulud kimi dolandı...

Bir ucdan çiçək açan, bir ucdan da solandı.

Dilim-dilim kəsilən, parça-parça olandı,

Başına daş salıbdı erməninin, urusun,

Türk özünü qorumur, Tanrı Türkü qorusun.

 

Böyük Atilladan ta böyük Sabirə qədər,

Ərləri, şairləri adlı-sanlı, mötəbər.

Fəqət, dönüyü də var sərasər niyyəti şər,

Damarından axan qan yarı qandır, yarı su

Türk özünü qorumur, Tanrı Türkü qorusun.

 

Sabir düz deyib, vallah, bu qəribə millətdi,

Bunun qəribəliyi bilinmir nə illətdi.

Dərdi var qalaq-qalaq, Qarabağ təzə dərddi,

Hələ qisası qalır Zəngəzurun, Gorusun, -

Türk özünü qorumur, Tanrı Türkü qorusun.

 

Bölünüb məhlə-məhlə, tayfa-tayfa, kəndbəkənd,

Bu ona atır kəmənd, o buna atır kəmənd.

Qurdu öz içindədir, ovur içini bənd-bənd,

Bu xislətdə, bu dərddə millət necə yarısın,

Türk özünü qorumur, Tanrı Türkü qorusun.

 

Dili, dini bir olan əqidəcə bir gərək,

Bu millət bir olunca bizlərə səbir gərək.

Iyirmi, yüz il azmış, bəlkə iyirmi bir gərək?

Gəlsin, Türkün açılan yarasını sarısın,

Türk özünü qorumur, Tanrı Türkü qorusun

(Fikret Sadiq)

 

QADIN

Əlində yükləri, çəkə bilməyən,

Ayağın ardıyca sürüyən qadın.

Gülməyə çalışan, gülə bilməyən,

Hər gün olmazıyla barışan qadın.

 

Gözləri qəm dolu, dərin acılı.

Həsrəti yaralı, hüznə sancılı,

Hər gün dərdi doğub adam eləyən,

Sonra bu dünyaya ötürən qadın.

 

Gecələri ağlar, səhərləri şən,

Ürəyində dərdi, gözlərində nəm.

Hər gün öz canını götürüb evdən,

Axşamlar evinə, sürünən qadın.

 

Susqun baxışında, lal təbəssümü,

Kimin əllərində söndü, büküldü.

Ömrün payızında, xəzana dönüb,

Göylərdən yerlərə, tökülən qadın.

 

Elə bil oxunmuş, bitmiş nəğmədi,

Söyləyə bilinməz quru kəlmədi.

Elə bil dünyaya o, heç gəlmədi,

Özgənin ömrünü yaşayan qadın.

(Aysel Fikret)

 

MURAT QOCA ERTURAN:

1975 yılında Bakü’de doğan Murat Qoca Erturan, şiir yazmaya çocuk yaşlarda başladı. Polis memuru olan babası İsmail Bey'in Türk milleti ile ilgili anlattıklarından etkilenerek, dilde, fikirde işte birlik fikriyatı çerçevesinde kurulacağına inandığı, Turan Devleti'nin bir parçası olma umudu ile hayatını şekillendirip öyle yaşamaya devam etti,

Üniversite çağlarına geldiğinde Türkiye sevdası onu İstanbul'a, Marmara hukuk fakültesine ve oradan da mezun olmaya kadar taşıdı. Okuldan mezun olduktan hemen sonra, Ebulfez Elçibey'in de tavsiyeleri ışığında Azerbaycan'a dönerek avukatlık ve siyasi çalışmalar yapmaya başladı. Önce genç milliyetçiler harekâtı, sonrada Büyük Millet Partisinin kurucular kurulu arasında yer aldı. Hâlen Bakü'de evli iki çocuk babası, Dünya Türk birliği Azerbaycan temsilcilisi olarak hayatını devam ettiriyor.

 

EY VƏTƏN.

Dağıldı elimiz, talandı yurdum.

Ah çəkdim, ağladım, doldum Ey Vətən.

Çox əlac axtardım, mən kimdən sordum,

Dərdindən əridim, soldum Ey Vətən.

 

Bir tarix boyunca şəhidlər verdin,

Bölündü torpağın, hər gün əridin.

Belini bükübdur sağalmaz dərdin,

Haqqın qiyamətə qaldı Ey Vətən?

 

Üstünə töküldü düşmənin, yağın.

Axı nə idi sənin suçun, günahın?

Bölündü millətin, xalqın, torpağın.

Kimlər səni tora saldı Ey Vətən?

 

Torpağın işğalda, qəlbin yaralı.

Güneyin Quzeydən qalıb aralı.

Millətin bölündü deyib haralı?

Hərə öz yurdunu dandı Ey Vətən.

 

Sənin üçün şəhid oldu övladın,

Müqəddəs olubdur həmişə adın.

Nə düşmən bilinir, nə də ki yadın.

Dostlar səni düşmən sandı Ey Vətən

 

Dumanı qovsaydı əsən bir külək,

Kaş Qarabağı biz qaytara bilək.

Xalq kimi yaşayaq, ya da ki ölək.

İcirəm şəhidlik andı Ey Vətən.

 

Qanını içərəm namərd düşmənin,

Utancdan saralıb gülün, çəmənin,

Qeyrətin , namusun  Qarabağ  sənin,

Qaytaraq qeyrəti indi  Ey Vətən.

 

Göyçən, Zəngəzurun hey haray çəkir,

Şuşan intizarda gözü yol çəkir,

Ağdamın hönkürür  göz yaşı tökür.

Xocalı od tutub yandı Ey Vətən.

 

Fizuli, Cəbrayıl, Laçın ağlayır,

Kəlbəcər, Qubadlı  ürək dağlayır,

Düşmən qız-gəlini əsir saxlayır,

Qisas alma zamanıdı Ey Vətən.

 

Ölən hər şəhidim yaddaşımdadır.

Qalx ayaga , bu gün vətən dardadır.

Mubariz tək igidlər söylə  hardadır?

Sənin üçün ölmək azdı Ey Vətən.

(Murat Qoca Ərturan)

 

BE KADIN

Eşitler içinde, eşittir adın

Töre böyle diyor unutma kadın.

Gündüzü geceye gömen takatın

Ne ara böylece bitti be kadın.

 

At sırtına binip cenge koşardın

Tepe bayır ova dağlar aşardın

Kılıç çıksa kından sanki coşardın

Ne ara umudun yitti be kadın.

 

Cenneti altına serdi yaradan

Ne değişti söyle hangi aradan

Beyazı çıkaran, kirli karadan

Ne ara ömrünü ditti be kadın.

 

Leyla'nın Mecnun'u yakan çölüydün

Pınarın yatağı suyun gölüydün

Bülbülün kaderi dalda gülüydün

Ne ara yanında gitti be kadın.

 

Günay'ın yüreği sana vurulur

Gözleri gözünden yanar kavrulur

Külleri gezdiğin yere savrulur

Ne ara gülücen yetti be kadın.

(Cahit GÜNAY)



Bu yazı 2659 defa okunmuştur.

YAZARIN DİĞER YAZILARI

YAZARLAR
ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
HABER ARŞİVİ
HAVA DURUMU
GAZETEMİZ

Web sitemize nasıl ulaştınız?


NAMAZ VAKİTLERİ
HABER ARA
Bizi Takip Edin :
Facebook Twitter Google Youtube RSS
YUKARI