GÖNÜL KÖPRÜMÜZÜN BU HAFTAKİ KONUĞU ELMEDDİN HEBİBOGLU
Bugün ki Gönül Köprümüzün konuğu her geçen gün Türk dünyasında isminden biraz daha fazla bahsettiren ELAY Dergisi imtiyaz sahibi ve yazarı kıymetli kardeşim Elmeddin Hebiboglu Yusifov.
1982 yılında Karabağ’ın Füzuli şehrinde yedi çocuklu bir ailenin ferdi olarak dünyaya gelmiş. Bugün Turan birliği onur madalyonlu evli üç çocuk babası olarak Bakü'de yaşamaktadır.
1993 yılında Füzuli işgal edildikten sonra etrafında ki akrabaların büyük çoğunluğunun şehit olması ile Hebiboglu ailesinin göçer hayatı da başlamış, kendisi de eğitimini yarım bırakmak zorunda kalmıştır. Şu anda yazdığı şiirler, başta Türkiye olmak üzere birçok ülkede tercüme edilerek müsamerelerde okunup, gazete ve dergilerde yayına girmektedir.
1. Gecikmiş arzular. 2.Vətənın daşına qoyun başımı. 3.Təbəssüm. İsminde üç kitabı yayınlanan Hebiboglu, Editörlüğünü Aysel Fikrət.Şair , Yardımcılığını Aydan Asifli.(araşdırmacı yazar) Aybəniz Qaragilə Qafarlı. Şair, Yazıçı,Hərbi jurnalist. Ceyhun Əliyev,Aygün Musaqızı Dizayn tərtibat.Günay Emirova Əməkdar rəssam.Vüqar Əli.İbrahim İlyaslı. Şair.Sumqayıt Poeziya kulübünün başqanı.Əkbər Qoşalı.Şair.Mədəniyyət Nazirliyinin Eksperti.Rəfail İncəyurd.Şair.Araşdirmaçı yazar.Murad Ərturan.Şair.Hüquqşunas beynəlxalq vəkil..Fazilə Qafarqızı.Yazıçı.Nazim Əhmədli.Şair. Araşdırmacı yazar.Doktor.Mənsurə Yusifova.Zəki Yusifov Şair Babək Yusifov.Şair.İlyas Məmmədov.Esma xanım gibi çok değerli emekçi kadrosu ile her gecen gün biraz daha büyümesinin bizleri mutlu ettiğini belirtir.
Yazarımızın şiirlerinden seçtiğimiz Altı şiiri okunması dilek ve umudu ile beğeninize sunuyor, kardeşime çıktığı bu yolda başarılar dilerim.
HASRETİM
Bilməyirsən dərdim necə böyükdu,
Xəzər- Xəzər, Araz-Araz həsrətim.
Murov dağdan savalandan götürüb,
Başı qarlı, saçı bəyaz həsrətim.
Bayragım tək, üstü mavi bir ürək,
Qıp qırmızı qan içindən keçəcək,
Yaşıl- yaşıl damarlardan içəcək,
Həm ilhamım, əlində saz həsrətim.
Ömrüm günüm, Ulduz -ulduz, ay- aydı,
Bilən bilir, nə qismətəzizimdi nə paydı,
Elə bilmə azad olmaq kolaydı,
Çovgun görüb, qışda ayaz həsrətim.
Hər bir Lalə, bir əsgərin qanıdır,
Hər bir igid, öz vətənin tanıdır,
Həbiboglun şərəfli ünvanıdır,
Qələbəylə keçib bir az həsrətim..
(22.03.2023)
Deyimmi gülməyəcək
Yenə sənsiz bu günüm,yenə ruhum pərişan,
Susub bütün bədənim,tək qəlbimdir çalışan,
Durmadan yorulmadan səni məndən soruşan,
Sənin eşqinlə bişən,ürəyimə nə deyim?
Deyimmi gəlməyəcək.
Deyimmi o güləndə,bütün dünya dayanır,
Gözlərim işıqlanır,bütün hissim oyanır,
Söndürə bilməyirəm bütün ruhum ha yanır,
Sənin eşqinlə bişən,ürəyimə nə deyim?
Deyimmi gülməyəcək.
Deyimmi o baxanda,unuduram özümü,
Ona həsr eyləyirəm,hər şerimi sozümü,
Açacam hakk evinə yaradana üzümü,
De mənimlə dərtləşən yaradana nə deyim?
Sevdiyim bilməyəcək.
Heç alışa bilmirəm,sənsiz bu boş həyata,
Özün boyda işıqdın bu qara kâinata,
Sən özgəyə Anasan,həbiboglu yad ata,
Sənə məndən uzaga bəxt yazana nə deyim?
Yaradan ölməyəcək.
Xatirələr.09.09.21.
Şuşam.
Ey varlıgı varlıgım,
Ey ruhama çən Şuşam.
Çox çətin ayrılıgın,
Saça salır dən Şuşam.
Yüzlərlə irqçi olsun,
Yüzlərlədə yaglanan,
Biz ürəyi daglanan,
Dönmərik səndən Şuşam.
Mən yaşadım qürbəti,
Mənə əziz hər səti,
Ruhumun məmləkəti,
Ol bizə hər dəm şuşam.
Mən yenədə səndəyəm,
O məgrur sinəndəyəm,
Düz ilgarlı bəndəyəm,
Könlümə həmdəm Şuşam.
Sənə də yol qoydular,
Gedənlər getməyənlər,
Ey kini bitməyənlər,
Başqa bir aləm Şuşam.
Qoy getsin getməyənlər,
Arzumdur olsun yaşam.
Həbiboglun könlündən,
Kükrəyəm gələm şuşam.
Şuşa Ruhumuzdadı.
Şuşaya Tərəf.
Muştuluq qardaşım boşa gəlmədim,
Gedirəm yurdumun başına tərəf.
Ölsəm bilinsin ki,həsrət ölmədim,
Yatacam vətənin daşına tərəf.
Vətən necə şirin,Necə əzizdir,
Suyun zəmzəm dadır safdır təmizdi,
Atamız babamız getdiyi izdi,
Gedirəm Laçının qışına tərəf.
Bir az da qoxladım havasın aldım,
Başına dolandım qadasın aldım,
Burdan keçənlərin sədasın aldım,
Gedirəm müzəffər qoşuna tərəf.
Vətən səngərində qış yaman keçir,
Əsgərim hədəfin başını seçir,
Mənim də şəhidlik könlümdən keçir,
Dəyə ağ alnımdan qaşıma tərəf.
Daha həbiboglu yol Şuşayacan,
Vətən torpaqları bol şuşayacan,
Dagların şairi ol şuşayacan,
Azadsan ömrünün sonuna tərəf.
Elməddin Həbiboglu...
Qələbə...
Gəlmədi.
Düşdü qəm könümə, yarim gəlmədi,
Oldu qış,yagdı dolu,nazlı baharım gəlmədi.
Yenə həsrət dolub bu könlümə,sızlar yarası,
Könlümün bir dənəsi,dövləti varım gəlmədi.
Düşmüşəm eşqə əzizim,bir nəzər eylə barı,
Olub ol dərdim azarım,o zalım gəlmədi.
Bir ömür gözləmişəm,ki yar mənə dərman ola,
Gözlədim vədə verib,qoynu bazarım gəlmədi.
Dodagı şəkər dedim,agzı qənd,dilləri bal,
Tərifə heç baxmadı,şahzadə arım gəlmədi.
Sənsiz bir viranədir Həbiboglunun xanəsi,
Həsətəm xəstə kimi,o tazə narım gəlmədi.
02.09.22ehəbiboglu.